‹ Bütün vakansiyalar

Senior System Administrator

Sayt tərəfindən əlavə edilib
📍 Bakı 💼 Ofisdə 🎯 Junior 19 saat əvvəl

Vakansiya təsviri

Server və şəbəkə infrastrukturunun yüksək əlçatanlıq (High Availability) və fasiləsiz fəaliyyətinin təmin edilməsi; Windows Server (2016/2019/2022) və Linux (Ubuntu, CentOS, Rocky Linux və s.) mühitlərinin qurulması, konfiqurasiyası, administrasiyası və optimallaşdırılması; Active Directory infrastrukturu (AD DS, DNS, DHCP, Group Policy, OU strukturu, DFS və s.) üzrə idarəetmə və inkişaf işlərinin həyata keçirilməsi; VMware vSphere (ESXi, vCenter) və ya Hyper-V virtualizasiya mühitlərinin idarə olunması, performansın optimallaşdırılması və kapasite planlamasının aparılması; Backup, Disaster Recovery (DR) və Business Continuity həllərinin hazırlanması, tətbiqi və mütəmadi testlərinin keçirilməsi; Şirkətin informasiya təhlükəsizliyi siyasətlərinin tətbiqi, təhlükəsizlik boşluqlarının aradan qaldırılması və Patch Management proseslərinin idarə olunması; Firewall, VPN, VLAN və digər şəbəkə təhlükəsizliyi həllərinin idarə olunması; SAN/NAS storage sistemlərinin idarə olunması, LUN və storage resurslarının optimallaşdırılması; Microsoft Exchange və Microsoft 365 xidmətlərinin administrasiyası; Monitorinq və loglama sistemlərinin (Zabbix, PRTG və s.) qurulması, inkişaf etdirilməsi və idarə olunması; Kritik insidentlərin araşdırılması, Root Cause Analysis (RCA) aparılması və qabaqlayıcı tədbirlərin hazırlanması; Yeni infrastruktur layihələrinin planlaşdırılması, tətbiqi və texniki rəhbərliyinin həyata keçirilməsi; Sistem və şəbəkə arxitekturasının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və icrası; İT aktivlərinin inventarizasiyasının və texniki sənədləşmənin aparılması; Junior və Middle səviyyəli sistem administratorlarına texniki dəstək və mentorluğun göstərilməsi; Gündəlik, həftəlik və aylıq texniki hesabatların hazırlanması. Uyğun namizədlər CV-lərini və ya əlaqə məlumatlarını mail unvanına təqdim edə bilərlər. Enterprise səviyyəli server və şəbəkə infrastrukturunun idarə olunması; Yüksək əlçatanlıq (HA) və Disaster Recovery arxitekturaları üzrə biliklər; Active Directory və Microsoft xidmətlərinin idarə olunması; Windows və Linux sistemlərinin performans optimallaşdırılması; Şəbəkə və informasiya təhlükəsizliyi prinsipləri; Backup və restore strategiyalarının qurulması və test edilməsi; Sənədləşdirmə və texniki prosedurların hazırlanması; Layihələrin idarə olunması və texniki liderlik bacarıqları; Avtomatlaşdırma və skriptləşdirmə bacarıqları. Əmək haqqı: 1800-2000 AZN

Texnologiyalar

Ubuntu Windows Server Active Directory Zabbix Linux