Vakansiya təsviri
Senior Java Developer
Vəzifə öhdəlikləri:
• Java və Spring Boot texnologiyalarından istifadə edərək etibarlı, yüksək performanslı və genişlənə bilən back-end sistemlərin hazırlanması;
• REST API-lərin hazırlanması və mövcud sistemlərlə inteqrasiyası;
• Mövcud layihələrin inkişaf etdirilməsi və yeni funksionallıqların hazırlanması;
• Texniki həllərin hazırlanmasında və arxitektura qərarlarının verilməsində aktiv iştirak;
• Kod keyfiyyətinin təmin olunması, code review proseslərində iştirak və best practice-lərin tətbiqi;
• Junior və Middle developer-lərə texniki dəstək və mentorluq göstərmək;
• Texniki problemlərin operativ həlli və komandanın inkişafına töhfə vermək;
• Scrum mühitində sprint planlama və texniki müzakirələrdə iştirak;
• Layihələrin texniki istiqamətini mərhələli şəkildə üzərinə götürmək və komandanın texniki lideri kimi formalaşmaq.
Tələb olunan bilik və təcrübə:
• Minimum 3 il Java inkişafı üzrə real iş təcrübəsi;
• Java və Spring Boot framework-ləri üzrə yaxşı bilik;
• REST API və mikroservis yanaşması üzrə təcrübə;
• PostgreSQL və ya digər SQL verilənlər bazaları ilə işləmə bacarığı;
• Git və code review prosesləri ilə işləmə təcrübəsi;
• OOP, Design Patterns və Clean Code prinsiplərini yaxşı bilməsi;
• Angular haqqında baza biliklərinin olması (üstünlükdür);
• Docker və CI/CD haqqında ilkin biliklər (üstünlükdür);
• Texniki sənədləri oxuya biləcək səviyyədə ingilis dili.
Biz nə təklif edirik?
• Real və maraqlı layihələrdə iştirak (Süni intellekt, ERP, CRM və inteqrasiya);
• Peşəkar və inkişafyönümlü komanda;
• Texniki qərarlarda söz sahibi olmaq imkanı;
• Karyera inkişafı və texniki lider kimi formalaşmaq üçün geniş perspektiv.
• İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–17:00 (Rəsmi əmək müqaviləsi).
Maraqlanan namizədlər Müraciət et düyməsi vasitəsilə müraciət formasını doldura bilərlər.