‹ Bütün vakansiyalar

ŞƏBƏKƏ İNZİBATÇISI

Sayt tərəfindən əlavə edilib
📍 Bakı 💼 Ofisdə 🎯 Middle 19 saat əvvəl

Vakansiya təsviri

İş barədə məlumat - LAN, WAN və WLAN şəbəkələrinin qurulması və idarə olunması. - Müxtəlif şəbəkə avadanlıqlarının quraşdırılması və saz vəziyyətdə saxlanılması, yeniliklərin (updates) həyata keçirilməsi (Firewall, Router, Switch, Access Point, Wireless Controller və s.) - Şəbəkədə L2 və L3 səviyyədə təhlükəsizlik qaydalarının tətbiq edilməsi (ACL, DHCP snooping, Port security və s.) - Şəbəkə texnologiyaları və protokollarının quraşdırılması, sazlanması. (Ethernet, BGP, Wireless, QoS, STP, EtherChannel, P2P, TCP/IP, DHCP və s.); - Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığının maksimum səviyyədə artırılması, təhlükəsizlik üçün ətraflı icra planlarının hazırlanması. - Şəbəkə infrastrukturunda yaranan və ya başverəbiləcək problem və dayanmaların qısa müddətdə analizi və aradan qaldırılması. - Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı bütün aidiyyəti işçi qrupların məlumatlandırılması. - Şəbəkə infrasturkturu üçün texniki sənədləşmənin təşkili və sistemdə edilən dəyişikliklərin, problemlərin qeydiyatının aparılması. - Şəbəkə avadanlıqlarının quraşdırılmasının optimal şəkildə həyata keçirilməsi - Müntəzəm olaraq şəbəkəyə aid avadanlıq və sistemlərin monitorinq edilməsi - Şəbəkəyə aid avadanlıq və sistemlərin loqlarının daimi və düzgün şəkildə aparılmasının təmin edilməsi. - Şəbəkə infrastrukturunun dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək. - Qurulacaq şəbəkələrin fiziki və məntiqi topoloji sxemlərini hazırlayıb yenilənməsinə nəzarət etmək. - Şəbəkə infrastrukturu üçün texniki sənədləşməni təşkil etmək - Aktiv və passiv şəbəkə avadanlıqlarının quraşdırılmasını, konfiqurasiyasını yerinə yetirmək - Şəbəkə yükü və trafik optimizasiyasını təhlil edib təkliflər vermək - Telekommunikasiya avadanlıqlarının fasiləsiz işini təmin etmək - Şəbəkə resurslarında risklərin qiymətləndirilməsi üzrə təkliflər vermək. - Həftə içi 5 iş günü. Namizədə tələblər - LAN, WAN və WLAN şəbəkələri və İT infrastrukturunun dizaynı, quraşdırılması və idarəedilməsi, yaranan problemlərin aradan qaldırılması. - Şəbəkə avadanlıqlarının (Cisco FirePower, Router, Switch, Access Point, Wireless Controller v.s) təhlükəsizlik qaydalarına uyğun formada hazırlanması və idarəedilməsi. - Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olması (SD-WAN, SDN, SD-Access, Ethernet, Wireless, QoS, STP, EtherChannel, P2P, SİP, HSRP, VRRP, GLBP, İPSec, GRE, İPS/İDS, VPN, TCP/IP, DHCP v.s). - Static və Dynamic routing protokolları ilə işləmək bacarığı (EIGRP, OSPF , BGP ). - İP telefoniya (VoİP) sisteminin idarəedilməsi və yaranan problemlərin aradan qaldırılması. - Təhlükəsiz şəbəkə girişinin idarəedilməsinin təmin edilməsi üçün ISE (Identity Services Engine) və TACAS, RADİUS kimi protokollar ilə işləmək bacarığı - L2-L3 şəbəkə təhlükəsizliyin təmin edilməsi (PortSecurity, ARP İnspection, DHCP Snooping, Port ACLs (PACLs), VLAN ACLs (VACLs), Standart, Extended ACLs v.s) - İnternet Provayder sahəsi üzrə təcrübəsi olması üstünlükdür. - Öyrənməyə meyilli. Şəhər: Bakı Yaş: 24 - 50 yaş İş təcrübəsi: 3 ildən 5 ilə qədər Əmək haqqı: 1400 - 1800 AZN

Texnologiyalar

Cisco