‹ Bütün vakansiyalar

Şəbəkə Administratoru

Sayt tərəfindən əlavə edilib
📍 Bakı 💼 Ofisdə 🎯 Middle 19 saat əvvəl

Vakansiya təsviri

İş haqqında məlumat (Vəzifə öhdəlikləri): • Linux (Red Hat / CentOS / Ubuntu) əsaslı server infrastrukturunun, development və production mühitlərinin qurulması, idarə edilməsi və miqyaslandırılması; • VMware vSphere platforması üzərində virtual mühitlərin konfiqurasiyası və dəstəyi; • Şəbəkə avadanlıqlarının (Router, Switch, Wireless Controller, Access Point) və Firewall sistemlərinin (Palo Alto, Cisco və s.) quraşdırılması, idarə edilməsi; • Şəbəkənin 7/24 yüksək əlçatanlıq (High Availability) və stabil fəaliyyətinin təmin edilməsi, trafikin optimallaşdırılması; • Kritik hallarda nasazlıqların sürətli diaqnostikası (RCA) və aradan qaldırılması; • Gündəlik inzibatçılıq və ehtiyat nüsxələmə (backup) proseslərinin avtomatlaşdırılması üçün skriptlərin (Bash, Python) yazılması; • VPN texnologiyalarının idarə edilməsi və şəbəkə təhlükəsizliyi risklərinin analizi; • Sistem və şəbəkə konfiqurasiyaları üzrə texniki sənədləşmənin aparılması. Tələblər: • İnformasiya Texnologiyaları sahəsində ali təhsil (texniki təhsil arzuolunandır); • Sistem administratoru (Linux mühiti) və şəbəkə inzibatçılığı sahəsində minimum 3 il praktiki iş təcrübəsi; • Nəzəri və praktiki CCNA/CCNP səviyyəsində şəbəkə bilikləri (Routing, Switching, VLAN, OSPF, BGP, VPN, IPsec); • Red Hat/Linux sistemləri üzrə dərin biliklər (RHCSA/RHCE sertifikatlarına malik olmaq üstünlükdür); • Palo Alto və ya digər Enterprise səviyyəli Firewall sistemləri ilə iş təcrübəsi; • Konteynerləşdirmə texnologiyaları (Docker) və CI/CD alətləri haqqında məlumatlılıq; Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis dili – yüksək (texniki dokumentasiya oxumaq və vendor support ilə ünsiyyət səviyyəsində). Səriştələr və Yumşaq Bacarıqlar: • Kritik infrastruktur mühitində stresə davamlılıq və problem həll etmə (troubleshooting) bacarığı; • Komandada effektiv işləmək və proqram təminatı mühəndisləri ilə koordinasiya qurmaq bacarığı; • Məsuliyyətlilik, operativlik və nəticəyə yönümlülük. İş şəraiti: • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək. • Minimum 1-2 il iş təcrübəsi; • Hərbi mükəlləfiyyətli (Yaşı 29-dan çox olmayan); Müraciət etmək istəyən namizədlər öz CV-lərini mövzu hissəsində "Sistem və Şəbəkə Administratoru" qeyd edərək email ünvanına və ya "CV göndər " düyməsindən istifadə edərək göndərə bilərlər.

Texnologiyalar

Sistem Administratoru Ubuntu Cisco Python Docker Linux