Vakansiya təsviri
Qarabağ regionu üzrə texnik — mPay
İş Təsviri:
• Ödəniş terminallarının planlı şəkildə texniki xidmətinin təmin olunması.
• Quraşdırılan terminalların yerində təmiri və profilaktik işlərinin görülməsi.
• Terminalların ehtiyat hissələrinin dəyişdirilməsi və quraşdırılması.
• Qeyri-standart hallarda yerində yaranan problemlərin həlli ilə bağlı qərar qəbul edilməsi.
Tələb Olunan Bacarıqlar:
• Windows 7, Linux əməliyyat sistemi və bu kimi əməliyyat sistemlərinin yüklənməsi və idarə edilməsi bacarığı;
• Kompüter avadanlıqlarının (Hardware) yığılması, quraşdırılması, diaqnostikası və avadanlıqlarda əmələ gələn problemlərin həlli;
• Word, Excel, Outlook ilə rahat işləmək;
• Problem həll etmə bacarığı, nəticəyönümlülük;
• Daim öyrənməyə meyilli olmaq;
• Şəxsi avtomobilin mövcudluğu.
İş şəraiti:
• İş rejimi həftənin 6 günü (şənbə günü qısa iş günüdür);
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar xərcinin təmin olunması;
• “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.
Maraqlanan namizədlər Müraciət et düyməsinə daxil olaraq müraciət edə bilərlər.