‹ Bütün vakansiyalar

MİDDLE BİZNES ANALİTİK

Sayt tərəfindən əlavə edilib
📍 Bakı 💼 Ofisdə 🎯 Middle 19 saat əvvəl

Vakansiya təsviri

İş barədə məlumat Öhdəliklər: - Layihədən əvvəlki tədqiqatlarda iştirak, biznes proseslərin təhlili; - Elektron sənəd dövriyyəsi, intranet sistemlərin tətbiq olunması; - Layihə planı və texniki tapşırığa uyğun olaraq sistemlərin sazlanılması; - Sifarişçinin texniki işçi heyəti və sistemin istifadəçiləri üçün təlim keçirilməsi; - Layihənin texniki sənədlərinin hazırlanması; - Tətbiq olunan sistemlərə texniki və konsultasiya dəstəyi. Əmək şəraiti: - İş qrafiki: bazar ertəsi-cümə saat 09:00-dan - 18:00-dək. - Şəhərin mərkəzində yerləşmə: Passage 1901, Nigar Rəfibəyli küç. 12 - Mehriban və peşəkar kollektiv; - Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı; - Karyera inkişafı imkanları; - Peşəkar təlimlərdə iştirak. Namizədə tələblər - Tam ali texniki təhsil - Yaxşı texniki biliklər: SQL, XML, SOAP, REST API, veb-servislərlə iş təcrübəsi - Biznes proseslərin modelləşdirilməsi üzrə notasiya bilikləri: Workflow, UML, BPMN, EPC, IDEF0 - Korporativ sistemlərin hazırlanması və ya tətbiqi layihələrində Analitik və ya mühəndis vəzifəsində minimum 2 il iş təcrübəsi - Məntiqi cəhətdən düzgün və aydın sənədlər hazırlamaq bacarığı - Kompüter və ofis proqramlarında yüksək istifadə bacarığı - Biznes proseslərinin modelləşdirilməsi üçün proqramlardan sərbəst istifadə: Visio, ARIS, Lucidchart. - Korporativ informasiya sistemləri, xüsusilə elektron sənəd dövriyyəsi, işçi heyətinin idarə olunması sistemləri ilə tanışlıq; - Məntiqi cəhətdən yoxlanılmış və anlaşılan sənədləri yazma bacarığı; - Dil bilikləri: rus və azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – yaxşı səviyyədə; - Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı; - Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik; Şəhər: Bakı Yaş: 25 - 35 yaş Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər Əlaqədar şəxs: Şəfəq xanım Əmək haqqı: 1500 - 2000 AZN

Texnologiyalar

REST API SQL