‹ Bütün vakansiyalar

Kompüter Operatoru (Anbar və Satış üzrə)

Sayt tərəfindən əlavə edilib
📍 Bakı 💼 Ofisdə 🎯 Middle 19 saat əvvəl

Vakansiya təsviri

İş yeri: Kürdəxanı İş saatı: 09:00-dan 18:00-dk Şənbə günləri isə qısa iş günü saat 13:00-a kimi Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq müsahibə əsasında təyin olunacaq Nahar şirkət tərəfindən qarşılanır •⁠ ⁠Anbar Əməliyyatlarının Qeydiyyatı: Malların mədaxili, anbarlararası yerdəyişməsi və silinməsi (zay, daxili istifadə və s.) sənədlərinin 1C proqramına daxil edilməsi; •⁠ ⁠Satış Sənədlərinin Hazırlanması: Satış sifarişləri əsasında daxili qaimə-fakturaların sürətli şəkildə tərtib edilməsi və çap olunaraq anbara/ekspeditora təqdim edilməsi; •⁠ ⁠Elektron Qaimə-Faktura (E-qaimə): Sistemdə hazırlanan satış sənədləri əsasında dövlət vergi portalında elektron qaimələrin yaradılması və qarşı tərəfə göndərilməsi; •⁠ ⁠Geri Qaytarma Prosesi: Müştərilərdən və ya mağazalar şəbəkəsindən geri qayıdan malların sənədləşdirilməsi və sistemdə stokun bərpa edilməsi; •⁠ ⁠Məlumatların Çarpaz Yoxlanılması: İri market şəbəkələrinin daxili sistemləri (məs. Bravo və s.) ilə 1C proqramındakı qaimələrin say və məbləğ baxımından uyğunluğunun yoxlanılması; •⁠ ⁠Sənəd Dövriyyəsinin İzlənilməsi: Ekspeditorlara təhvil verilən sənədlərin imzalı surətlərinin geri toplanması və sistemdə "icra olundu" statusuna gətirilməsi; •⁠ ⁠Arxivləşdirmə: Gündəlik alış-satış və anbar sənədlərinin nizamlı şəkildə qovluqlara yığılması və arxivləşdirilməsi.