‹ Bütün vakansiyalar

IT Şöbə Müdiri

Sayt tərəfindən əlavə edilib
📍 Bakı 💼 Ofisdə 🎯 IT Manager ⏱ 3-5 il 3 gün əvvəl

Vakansiya təsviri

Böyüyən komandamıza IT Şöbə Müdiri axtarırıq! IT infrastrukturunun fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin edəcək peşəkar rəhbər axtarırıq. Əgər liderlik bacarıqlarınız güclüdür və İT sahəsində strateji yanaşmaya maliksinizsə, sizi komandamızda görməkdən məmnun olarıq! Əsas vəzifələr: • Biznes və funksional bölmələr üçün IT strategiyalarını hazırlamaq və fəaliyyət planları qurmaq; • Lokal texniki dəstək proseslərinin və proqram təminatının lisenziyalaşdırılmasını təşkil etmək; • İnformasiya təhlükəsizliyinin beynəlxalq IT standart və prosedurlarına uyğunluğuna nəzarət etmək; • IT sistemləri və əməliyyatları üzrə daxili təlimatlar hazırlamaq və yeniləmək; • İstifadəçilərin texniki ehtiyaclarının təhlili, IT kommunikasiyasının təşkili və biznes bölmələrinə dəstək göstərmək; • Server, şəbəkə, kompüter və digər IT avadanlıqlarını quraşdırmaq, idarə etmək və fasiləsiz işləməsini təmin etmək; • Texniki nasazlıqları operativ aradan qaldırmaq, backup sistemlərini idarə etmək və məlumatların bərpasına nəzarət etmək; • Korporativ Helpdesk komandası ilə birlikdə sistemləri yeniləmək və yenidən quraşdırma proseslərini təşkil etmək; • İşçi heyəti üçün IT sistemləri və proqram təminatı üzrə təlim və məsləhət xidmətlərini təşkil etmək; • Yeni ofislər və biznes vahidlərinin açılışı zamanı IT infrastrukturunun qurulmasını təmin etmək; • IT vendorları və outsorsinq tərəfdaşları ilə əməkdaşlığı idarə etmək; • Müntəzəm backup proseslərinin icrasına və məlumatların təhlükəsiz saxlanılmasına nəzarət etmək; • Şöbə işçilərinə verilən tapşırıqları yerinə yetirmək üçün iş bölgüsünü həyata keçirmək; • Şöbə büdcəsini idarə etmək, avadanlıq və işçilər üçün xərcləri izləmək; • İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Namizəddən gözləntilər: • İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil; • IT sahəsində minimum 3 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi; • Server, şəbəkə infrastrukturu, Microsoft mühitləri, virtualizasiya və informasiya təhlükəsizliyi üzrə biliklər; • ITIL4 Foundation Beynəlxalq Sertifikat olması üstünlükdür; • ISO 27001 və digər beynəlxalq IT standartları haqqında məlumat; • Layihələrin və IT vendorlarının idarə olunması təcrübəsi; Biz nə təklif edirik: • Rəqabətli əməkhaqqı; • Nahar və servis təminatı; • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Texnologiyalar

Windows Server Active Directory Group Policy — GPO DNS və DHCP Microsoft 365 Exchange Online və ya Exchange Server Microsoft Entra ID — əvvəlki Azure AD File Server və Print Server WSUS PowerShell Ubuntu Server Debian, CentOS və ya Rocky Linux Nginx və Apache SSH Cron Systemd İstifadəçi və icazələrin idarə olunması Server monitorinqi və logların yoxlanılması TCP/IP VLAN LAN və WAN VPN DNS, DHCP, NAT Routing və Switching Firewall Wi-Fi infrastrukturu Site-to-Site VPN Load Balancing Cisco MikroTik Fortinet Palo Alto Sophos Ubiquiti Aruba VMware ESXi VMware vCenter Microsoft Hyper-V Proxmox VE Veeam Backup & Replication Acronis Nakivo Windows Server Backup NAS və SAN sistemləri Synology və ya QNAP Disaster Recovery Backup retention siyasəti 3-2-1 backup qaydası ISO 27001 Risk assessment Access Control MFA Endpoint Security Antivirus və EDR Vulnerability Management Patch Management Incident Response Data Loss Prevention — DLP SIEM haqqında ümumi bilik Firewall qaydaları Şifrələmə və məlumatların qorunması Microsoft Defender for Endpoint Kaspersky Endpoint Security ESET Protect CrowdStrike FortiEDR Wazuh Splunk IBM QRadar Jira Service Management ServiceNow ManageEngine ServiceDesk Plus GLPI Freshservice Zendesk OTRS Incident Management Problem Management Change Management Request Management SLA Escalation Asset Management Knowledge Base Zabbix PRTG Nagios Grafana Prometheus Datadog Windows Event Viewer Graylog və ya ELK Stack Kompüter və noutbuklar Serverlər Switch və routerlər Firewall cihazları Access Point-lər Printerlər UPS sistemləri IP telefonlar Video müşahidə sistemləri Turniket və girişə nəzarət sistemləri IT asset inventory sistemləri Microsoft Azure Amazon Web Services Google Workspace Azure Backup Azure Virtual Machines Azure Monitor Azure Site Recovery Jira Trello Microsoft Project Microsoft Planner Confluence Excel Power BI Visio Draw.io Vendorlarla danışıqlar Büdcə planlaması Komanda idarəetməsi Avadanlıq satınalması IT risklərinin qiymətləndirilməsi