‹ Bütün vakansiyalar

Google Ads Internship Programı

Sayt tərəfindən əlavə edilib
📍 Bakı 💼 Hibrid 🎯 Junior ⏱ Təcrübə tələb olunmur 3 gün əvvəl

Vakansiya təsviri

Google Ads Internship Programı — Azərbaycanda bənzəri olmayan Google Ads Internship Programı 700 Azn net maaşla öyrən, proqramı uğurla bitir və Junior Google Ads Specialist kimi ₼1000 net maaş + yüksək performans bonusu ilə karyerana davam et! Bu proqram çərçivəsində 10 nəfərin seçilərək internship proqramına qəbul edilməsi planlaşdırılır. Google Ads sahəsində peşəkar mütəxəssis olmaq, dünyanın ən tələb olunan peşələrindən birində karyera qurmaq və bütün bunları öyrənərkən maaş almaq istəyirsən? O zaman bu proqram məhz sənin üçündür. Bu proqramı fərqləndirən nədir? • 700 Azn net maaşlı internship (əksər internship proqramlarından fərqli olaraq ödənişlidir) • 9 aylıq strukturlaşdırılmış inkişaf proqramı • Real reklam büdcələri və canlı layihələr üzərində praktiki təcrübə • Təcrübəli mentorlarla birbaşa çalışma imkanı • Proqramı uğurla bitirənlər üçün Junior Google Ads Specialist vəzifəsi, ₼1000 net maaş + yüksək performans bonusu Azərbaycanda Google Ads üzrə peşəkar mütəxəssis yetişdirən şirkətlər çox azdır. Elə buna görə də bazarda bizim axtardığımız standartlarda mütəxəssis tapmaq olduqca çətindir. Biz hazır mütəxəssis axtarmırıq — onları özümüz yetişdiririk. Niyə Internship Proqramı? • Biz inanırıq ki, ən güclü komandalar hazır şəkildə tapılmır, yetişdirilir. • Bu proqramın məqsədi sadəcə təcrübə keçmək deyil. Məqsədimiz sıfırdan güclü nəzəri baza formalaşdırmaq, real layihələr üzərində praktiki bilik qazandırmaq və proqramı uğurla bitirən əməkdaşlarımızı uzunmüddətli karyeralarını bizim komandada qurmağa hazırlamaqdır. • Ötən illərdə də bu proqramı uğurla həyata keçirmişik və iştirakçılarımızın yarıdan çoxu proqramı uğurla bitirərək bu gün də komandamızın üzvü kimi fəaliyyətini davam etdirir. • Şirkətimizin sürətlə böyüməsi ilə əlaqədar bu il proqramı daha geniş miqyasda yenidən başladırıq və komandamıza gələcəyin Google Ads mütəxəssislərini yetişdirmək istəyirik. Internship necə keçiriləcək? • Müddət: 9 ay • İnternship əməkhaqqı: ₼700 (net) • Proqram iki mərhələdən ibarətdir: I Mərhələ — İlk 3 ay (Sınaq dövrü, Google Ads və rəqəmsal marketinq üzrə güclü nəzəri baza); II Mərhələ — Sonrakı 6 ay (Real reklam kampaniyalarının idarə olunması, yüksək büdcəli layihələr). Proqramı uğurla bitirdikdən sonra: • Junior Google Ads Specialist vəzifəsi • Başlanğıc əməkhaqqı: 1000 Azn net + performansa əsaslanan yüksək bonus sistemi Kimlər müraciət edə bilər? • Yeni məzunlar • Karyerasını rəqəmsal marketinq sahəsində qurmaq istəyənlər • İş sahəsini dəyişərək gələcəyi olan peşəyə keçmək istəyənlər • Analitik düşüncəyə sahib, rəqəmlərlə işləməyi sevən şəxslər İş şəraiti: • İş qrafiki: Bazar ertəsi – Cümə axşamı, saat 10:00 – 19:00 (Cümə günü sərbəstdir, evdən və ya ofisdən). • Gündəlik nahar, çay, qəhvə, şirniyyat və parkinq şirkət tərəfindən qarşılanır. • Tibbi sığorta, Game Room, Nap Area və mərkəzi ofis (Xətai m. yaxınlığı). Müraciət üçün aşağıdakı keçidə daxil olun!

Texnologiyalar

Google Ads Digital Marketing Keyword Research Landing Page Optimization Data Analytics Google Analytics