Vakansiya təsviri
DevOps mühəndisi — PAŞA Technology MMC
Hal-hazırda “PAŞA Technology” MMC “DevOps mühəndisi” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas öhdəliklər:
• Kubernetes klasterlərini (on-prem, bare-metal və ya cloud) layihələndirmək, yerləşdirmək və idarə etmək;
• Kubernetes infrastrukturunu və onun komponentlərini idarə etmək və optimallaşdırmaq, çox istifadəçili mühitdə maksimum əlçatanlığı, miqyaslılığı və məhsuldarlığı təmin etmək;
• Müştərilərin Kubernetes infrastrukturunun məhsuldarlıq gözləntilərinə cavab verməsini təmin etmək, problemləri səmərəli şəkildə həll etmək;
• Prometheus, Grafana, ELK/EFK, Loki, Velero və digər açıq mənbə alətlərdən istifadə edərək monitorinq, loqlama, ehtiyat nüsxələmə və xəbərdarlıq sistemlərini tətbiq etmək və idarə etmək;
• Klaster və iş yükünün (workload) təhlükəsizliyini (RBAC, Pod Security Standards, Network Policies, Istio/Service Mesh) təmin etmək;
• İdarəetmə qatına (control plane) və verilənlər qatına (data plane) təsir edən klaster və şəbəkə səviyyəli problemləri aradan qaldırmaq;
• Virtuallaşdırılmış mühitlərdə səmərəli resurs bölgüsünü, nasazlığa dözümlülüyü və müştərinin iş yükünün idarə edilməsini təmin etməklə VMware, Hyper-V və RHEV kimi virtuallaşdırma platformalarına nəzarət etmək;
• Terraform, Ansible və ya Helm vasitəsilə infrastrukturun təmin edilməsi, idarə edilməsi üçün avtomatlaşdırılmış prosesləri işləyib hazırlamaq;
• Hem Windows, hem Linux əsaslı bulud sistemləri üçün idarəetməni və dəstəyi təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
• Texniki sahədə Ali təhsil (Mühəndislik və ya texniki sahə);
• Mürəkkəb mühitin idarə olunması üzrə 5 ildən yuxarı təcrübə;
• Dəyişiklik və Buraxılışın İdarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə böyük təcrübə;
• MetalLB, HAProxy, və ya NGINX Ingress bare-metal Kubernetes bilgisi;
• Linux əməliyyat sistemləri (RHEL, Oracle Linux, Suse), Solaris, BSD sistemləri üzrə təcrübə;
• Firewall-lar, router-lər, switch-lər, DNS, DHCP, VPN-lər haqqında bilgi;
• VMware (VCP, VCDX), RedHat (RHCA, RHCE), Kubernetes (CKA, CKAD) sertifikatları üstünlükdür;
• Python proqramlaşdırma dili bilikləri;
• Azərbaycan dili (ana dili), İngilis və Rus dili (yaxşı).
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını mövzu bölməsində qeyd etməklə CV-lərini talents@pasha-technology.com elektron poçt ünvanına göndərə bilərlər.