‹ Bütün vakansiyalar

Data Analitik – Satış Əməliyyatları və Hesabatlılıq üzrə (Bal Line / eTopaz)

Sayt tərəfindən əlavə edilib
📍 Bakı 💼 Ofisdə 🎯 Middle ⏱ 1-3 il 3 gün əvvəl

Vakansiya təsviri

Data Analitik – Satış Əməliyyatları və Hesabatlılıq üzrə / Data Analyst – Sales Operations & Reporting — Bal Line (eTopaz) Bal Line komandası idman mərc oyunları sahəsində satış əməliyyatları və hesabatlılıq istiqamətində fəaliyyət göstərəcək Data Analitik axtarır. Bu rol satış göstəricilərinin təhlili, hesabatların hazırlanması, məlumatların düzgün emalı, müştəri cəlbi üzrə kampaniyaların yaradılması və satış komandası üçün qərarverməyə dəstək olacaq analitik məlumatların təqdim edilməsini əhatə edir. Əsas öhdəliklər: • Satış əməliyyatları üzrə məlumatların toplanması, yoxlanılması və təhlil edilməsi; • Gündəlik, həftəlik və aylıq satış hesabatlarının hazırlanması; • Satış nəticələrinin, müştəri cəlbi göstəricilərinin və performans dinamikasının analiz edilməsi; • Müştəri cəlb edilməsi məqsədilə kampaniyaların yaradılması, izlənilməsi və nəticələrinin təhlil edilməsi; • Satış komandası üçün analitik məlumatların və tövsiyələrin hazırlanması; • Hesabatlarda məlumatların dəqiqliyinin və uyğunluğunun təmin edilməsi; • Excel və digər analitik alətlər vasitəsilə cədvəl, dashboard və hesabatların hazırlanması; • Satış proseslərində zəif nöqtələrin və inkişaf imkanlarının müəyyən edilməsi; • Rəhbərliyə və əlaqəli komandalara mütəmadi hesabatların təqdim edilməsi. Tələblər: • Data analitika, satış analitikası, hesabatlılıq və ya oxşar sahədə təcrübə; • Güclü riyazi düşüncə və hesablama bacarığı; • Analitik yanaşma və rəqəmlərlə dəqiq işləmək bacarığı; • Excel üzrə yaxşı biliklər, Dashboard və hesabat hazırlama bacarığı; • AI alətlərindən istifadə bacarığı; • Satış göstəricilərini analiz etmək və nəticə çıxarmaq bacarığı; • Azərbaycan və ingilis dillərində ünsiyyət bacarığı (Rus dili biliyi arzuolunandır); • Diqqətli, məsuliyyətli və nəticəyönümlü yanaşma. Üstünlük veriləcək: • Satış analitikası, əməliyyat hesabatlılığı, Excel, Power BI və Tableau ilə işləmə təcrübəsi. Biz nə təklif edirik? • Təlim və inkişaf imkanları, davamlı peşəkar inkişaf mühiti; • Nahar təminatı; • Push30 imkanı; • Könüllü tibbi sığorta; • Dinamik və dəstəkverici komanda mühiti. Maraqlanan namizədlər öz CV-lərini office@etopaz.az elektron poçt ünvanına göndərə bilərlər.

Texnologiyalar

Excel Power BI Data Analytics Tableau Sales Analytics SQL AI Tools Dashboarding