‹ Bütün vakansiyalar

BİZNES ANALİTİK

Sayt tərəfindən əlavə edilib
📍 Bakı 💼 Ofisdə 🎯 Middle 19 saat əvvəl

Vakansiya təsviri

İş barədə məlumat - Layihədən əvvəlki tədqiqatlarda iştirak, biznes proseslərin təhlili. - Elektron sənəd dövriyyəsi, intranet sistemlərin tətbiq olunması. - Layihə planı və texniki tapşırığa uyğun olaraq sistemlərin sazlanılması - Sifarişçinin texniki işçi heyəti və sistemin istifadəçiləri üçün təlim keçirilməsi. - Layihə texniki sənədlərinin hazırlanması - Tətbiq olunan sistemlərə texniki və konsultasiya dəstəyi. Əmək şəraiti: - İş qrafiki: bazar ertəsi-cümə saat 09:00-dan - 18:00-dək - Şəhərin mərkəzində yerləşmə: Passage 1901, Nigar Rəfibəyli küç. 12 - Mehriban və peşəkar kollektiv. - Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı. - Karyera inkişafı imkanları - Peşəkar təlimlərdə iştirak. Namizədə tələblər - Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür. - İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər; - Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə - Microsoft Sharepoint, Microsoft SQL sahələrindən biri barədə biliklər arzuolunandır - Korporativ informasiya sistemləri, xüsusilə elektron sənəd dövriyyəsi, işçi heyətinin idarə olunması sistemləri ilə tanışlıq - Məntiqi cəhətdən yoxlanılmış və anlaşılan sənədləri yazma bacarığı; - Ali təhsil, texniki sahədə arzuolunandır - Dil bilikləri: rus və azərbaycan dili – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır; - Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı; - Öyrənmə bacarığı, inkişaf etməyə və yeni biliklər əldə etməyə meyllilik; - İT sahəsində biznes analitiki kimi inkişaf etmə istəyi. Şəhər: Bakı Yaş: 20 - 30 yaş Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər Əlaqədar şəxs: Şəfəq xanım Əmək haqqı: 800 - 1200 AZN

Texnologiyalar

SQL