‹ Bütün vakansiyalar

ANGULAR PROQRAMÇI

Sayt tərəfindən əlavə edilib
📍 Bakı 💼 Ofisdə 🎯 Middle 19 saat əvvəl

Vakansiya təsviri

İş barədə məlumat - Verilən texniki tapşırıqlara uyğun proqram təminatlarının hazırlanması, - Sprint çərçivəsində tapşırıqların vaxtında və keyfiyyətli icrası, - Hazırlanan tapşırıqların ilkin testlərinin aparılması və təhvil verilməsi, - Yeni proqram təminatlarının hazırlanması və mövcud sistemlərin inkişaf etdirilməsi, - Texniki dəstək göstərilməsi və proqram təminatlarının test edilməsi. Biz sizə nə təklif edirik? - Rəqabətli əmək haqqı (bilik və təcrübəyə uyğun olaraq), - Həftənin 5 günü iş rejimi (09:00-dan - 18:00-dək, istirahət günləri: şənbə, bazar), - Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı, - Dostyana və dəstəkləyici iş mühiti. Namizədə tələblər - JavaScript, HTML, CSS, JQuery, Bootstrap, Angular, TypeScript üzrə iş təcrübəsi, - RESTful və SOAP web servisləri ilə işləmə bacarığı, - Sıralama, çox axınlı (multi-threaded) və paralel alqoritmlər haqqında biliklər, - Ümumi alqoritm qurma bacarığı, - Agile/SCRUM metodologiyaları üzrə təcrübə, - Analitik düşüncə və problem həll etmə bacarığı, - Tapşırıqlara adaptasiya və sərbəst araşdırma qabiliyyəti, - Komanda daxilində işləmə bacarığı və kollektiv şüur, - Asan ünsiyyət qurma bacarığı, - Diqqətlilik, məsuliyyətlilik və düzgünlük kimi şəxsi keyfiyyətlər, - Ali təhsil, - Texniki ingilis dili biliyi (yaxşı bilənlərə üstünlük verilir), - Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı. Müraciət etmək üçün: Əgər bu imkan sizi maraqlandırırsa və kriteriyalara uyğunsunuzsa, mövzu hissəsində "Angular Proqramçı" yazaraq CV-nizi e-mail ünvanına göndərin. İT dünyasında yeni texnologiyaları tətbiq edərək inkişaf etmək istəyirsiniz? O zaman komandamıza qoşulun! Şəhər: Bakı Yaş: 25 - 45 yaş Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər Əmək haqqı: 2000 - 2500 AZN

Texnologiyalar

JavaScript TypeScript Angular